Moskvada böyük qaz sızması: insanlar təxliyə olundu
2 Sentyabr 2023 22:15 DünyaRusiyanın paytaxtı Moskvanın Şimal Butovo rayonundakı yanacaqdoldurma məntəqəsində böyük qaz sızması baş verib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Shot" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, "İnteroil" yanacaqdoldurma məntəqəsində propan çəlləkinin təzyiqi azaldılıb. Qaz sızmasına səbəb 9 kubluq yeraltı çənin qırıldığı müəyyən edilib. Hazırda ərazi mühasirəyə alınıb, insanlar ərazidən təxliyə edilib.
Hadisə yerinə polis və yanğınsöndürənlər gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31