Rusiya Marsın peykindən torpaq gətirmək istəyir

Rusiyada Marsın peyki - Fobosdan torpaq gətirə bilən planetlərarası "Bumeranq" stansiyasının buraxılması planlaşdırılır.

Olaylar.az lent.az-a istinadən bildirir ki, "Bumeranq" Mars, onun Fobos və Deimos peyklərini uzaqdan və əlaqə üsulları ilə tədqiq etmək üçün Expedition-M layihəsinin birinci mərhələsidir. Stansiyanın 2030-cu ildən sonra buraxılması planlaşdırılır.

Qeyd edilir ki, missiyanın əsas vəzifələri cazibə qüvvəsi olmadıqda cisimlərə enmək və Fobosdakı maddə nümunələrinin Yerə çatdırılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31