“Çin kimi Türkiyənin də BRİKS-ə qoşulmasını istəyirik"
2 Sentyabr 2023 19:07 DünyaAnkaranın müraciət edəcəyi təqdirdə Çin Türkiyənin BRİKS-ə namizədliyini dəstəkləyəcək.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Çinin Ankaradakı səfiri Liu Şaobinq deyib.
"Çin kimi Türkiyənin də BRİKS-ə qoşulmasını istəyirik. Biz inkişaf etməkdə olan ölkələrlə birlikdə inkişaf edəcəyik. Biz birlikdə böyüyəcəyik", - səfir bildirib.
Qeyd edək ki, Türkiyə təşkilata üzv olmaq üçün müraciət etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31