"Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından şad xəbər gözləyirik"

Rusiyanın işğalı altında olan Zaporojye vilayətinin Berdyansk şəhərində güclü partlayış səsləri eşidilib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Berdyansk şəhər hərbi administrasiyasının rəhbəri Viktoriya Qalitsina məlumat verib.

"Berdyansk sakinləri şəhərin hər yerində eşidilən çox güclü partlayışdan xəbər verirlər. Məlumat dəqiqləşdirilir. Biz Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından şad xəbər gözləyirik", - məlumatda deyilib.

Rusiyaya məxsus sosial şəbəkələrdə isə hava hücumundan müdafiə sisteminin işlədiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31