Polşada Ukraynadan olan qaçqınlar üçün ən böyük mərkəz bağlanıb
2 Sentyabr 2023 12:10 DünyaPolşada Varşava yaxınlığındakı Nadarzin şəhərindəki Ptak Expo ticarət mərkəzində yerləşən Ukraynadan olan qaçqınlar üçün ən böyük mərkəz bağlanıb . Bu barədə Wyborcza qəzeti məlumat yayıb .
KİV-in məlumatına görə, mərkəzin bağlanması barədə qərarı voyevoda Tobiaş Boçenski verib. Boçenskinin mətbuat katibi Daqmar Zalevskinin jurnalistlərə dediyi kimi, belə böyük mərkəzi saxlamağın heç bir mənası yoxdur.
Viborçanın sözlərinə görə, bağlanılan vaxt mərkəzdə 300-ə yaxın Ukraynadan olan qaçqın yaşayırdı, hakimiyyət onlara planlar barədə xəbərdarlıq etməyib, nəticədə bəziləri öz vətənlərinə qayıtmalı olub.
Mərkəzin əməkdaşlarından biri nəşrə bildirib ki, qalan qaçqınların harada olduğu məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31