Hindistan Günəşə tədqiqat stansiyası yaratdı

Hindistan kosmosa Aditya-L1 günəş tədqiqat stansiyasını buraxıb. Buraxılış  Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) YouTube kanalında yayımlanıb.

 

Missiyanın işə salınması üçün altı xarici mühərriki olan XL konfiqurasiyasında PSLV qütb peyk daşıyıcısından istifadə edilib. Bu konfiqurasiya ilk dəfə 2008-ci ilin oktyabrında Hindistanın ilk Ay zondu olan Chandrayaan-1-in buraxılışı zamanı istifadə edilib.

PSLV sonuncu dəfə ötən ilin noyabrında EOS-06 peyki və səkkiz nanopeyki Yer orbitinə apararaq XL konfiqurasiyasında uçmuşdu .

Aditya-L1 stansiyası Hindistanın Günəşi öyrənmək üçün ilk rəsədxana tipli kosmik missiyası idi. Kosmik gəmi 4 ay ərzində 1,5 milyon km məsafəni qət etdikdən sonra Yerin və Günəşin cazibə qüvvələrinin eyni səviyyədə olduğu Laqranj L1 nöqtəsində haloorbitə çıxacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31