"Tezliklə onunla görüşəcəyəm!"
1 Sentyabr 2023 21:41 DünyaTezliklə Çin lideri Si Szinpinlə görüşəcəyik və onunla humanitar əlaqələrin inkişafını və digər məsələləri müzakirə edəcəyik.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Çox tezliklə tədbirlərimiz olacaq və Çin Xalq Respublikasının sədri ilə görüşəcəyik. O, məni dostum adlandırır, mən də onu belə adlandırmaqdan məmnunluq duyuram. Çünki o, şəxsən Rusiya-Çin münasibətlərinin və əlaqələrinin inkişafı üçün, müxtəlif sahələrdə çox işlər görən insandır. Biz onunla bu və humanitar əlaqələrin inkişafı istiqamətində daha nələrin edilə biləcəyini mütləq müzakirə edəcəyik", - Putin bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31