Belarus Xarici İşlər Nazirliyi Polşa helikopterinin dövlət sərhədini pozmasına reaksiya verib - ÖZƏL

Polşanın Respublikadakı müvəqqəti işlər vəkili Voytsex Filimonoviç Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və onlardan Polşa ordusunun helikopterinin Belarus sərhədini pozması ilə bağlı izahat tələb olunub.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

"Polşa tərəfdən müvafiq izahatlar və insidentin hərtərəfli araşdırılması tələb olunub. İstintaqın nəticələri və baş verənlərin səbəbləri, beynəlxalq kommunikasiyada adət olduğu kimi, məqbul müddət ərzində Belarus tərəfinə bildirilməlidir", - bəyanatda deyilir.

Bundan əlavə, qeyd olunur ki, Polşa hakimiyyəti gələcəkdə belə halların qarşısını almaq üçün tədbirlər görməyə çağırılır.

Sentyabrın 1-də günortadan sonra Belarusun sərhəd komitəsi bildirib ki, Belarus sərhədçiləri Qrodno vilayətinin Berestovitski rayonunda Polşa tərəfindən respublikanın hava məkanının pozulması faktını qeydə alıblar. Polşaya məxsus Mi-24 hərbi helikopterinin son dərəcə alçaq hündürlükdə dövlət sərhədini keçərək 1200 metrə qədər dərinliyə uçaraq ölkə ərazisinə keçdiyi və sonra geri qayıtdığı dəqiqləşdirilib.

Bundan əvvəl Minsk Polşanın sərhəddəki hasarı sökməyə hazır olmasını şübhə altına almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31