Polşa hərbi helikopteri Belarus sərhədini pozub - ÖZƏL

Belarus sərhədçiləri Polşanın ölkənin hava məkanını pozması barədə məlumat veriblər.

Olaylar.az xəbər verir ki, bu barədə Telegram-da Belarus sərhəd komitəsinin mətbuat xidməti məlumat yayıb.

Sərhəd komitəsinin məlumatına görə, pozuntu Qrodno vilayətinin Berestovitski rayonunda qeydə alınıb.

"Polşanın Mi-24 hərbi vertolyotu dövlət sərhədini olduqca aşağı hündürlükdə keçib", - nəşr yazır.

Mətbuat xidmətinin məlumatına görə, hava gəmisi respublika ərazisinə 1200 metrədək dərinliyə uçub, bundan sonra əks istiqamətə dönüb.

Belarus hakimiyyəti insidentlə bağlı Polşa tərəfinə məlumat verib.

Bundan əvvəl Latviya, Litva və Polşa Belarusla sərhədlərin tamamilə bağlanması mexanizmi barədə razılığa gəliblər. Vilnüsdə qeyd edildiyi kimi, kritik vəziyyətlərdə müvafiq tədbirlər nəzərdə tutulur. Eyni zamanda, Litva artıq Belarusla sərhəddə bir neçə keçid məntəqəsinin fəaliyyətini məhdudlaşdırıb.

Bundan əvvəl Minsk Polşanın sərhəddəki hasarı sökməyə hazır olmasını şübhə altına almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31