"Əgər özünü tapırsansa, deməli, hər şeyi reallaşdırmaq şansı var”
1 Sentyabr 2023 21:24 Dünya"Əgər insan özünü tapmağı, özünü dərk etməyi və həyatını ailəsinə və ölkəsinə həsr etməyi bacarırsa, bu, onu xoşbəxt edəcək".
Olaylar.az sfera-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin beynəlxalq olimpiada və yarışların qalibi olan 30 məktəblinin iştirak etdiyi "Vacib olanlardan danış" adlı açıq dərsdə bildirib.
"İnsan üçün özünü tapmaq vacibdir və əgər özünü tapırsa, deməli, hər şeyi reallaşdırmaq şansı var", - deyə dövlət başçısı qeyd edib.
Putinin fikrincə, gördüyün işdən məmnunsansa, mütləq reallaşması mümkün olacaq:
"Bu, həm nəticə, həm də etirafdır. Hər ikisi çox önəmlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31