Rusiya bu türk ölkəsində 9 məktəb tikəcək
1 Sentyabr 2023 18:05 DünyaRusiya 2027-ci ilə qədər Qırğızıstanda doqquz məktəb tikməyi planlaşdırır.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Ümumilikdə, 2027-ci ilə qədər Rusiya Qırğızıstanın yeddi şəhəri və iki kəndində doqquz məktəb tikməyi planlaşdırır. Orada 11 mindən çox uşaq təhsil alacaq. Yeni təhsil müəssisələri ən qabaqcıl texnologiyalara uyğun təchiz ediləcək və bu, tədris prosesinin rahat, maraqlı və həyəcanlı olmasına kömək edəcək", - Putin bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31