Rusiya Dövlət Duması ABŞ-ın Krımla bağlı çağırışlarını absurd adlandırır - ÖZƏL

"ABŞ generalı Hocesin Krımı təcrid etmək çağırışı absurddur"
Olaylar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbərinin birinci müavini Aleksey Çepa bildirib. 
"Krım körpüsünü dağıtmaq, Krımı təcrid etmək, bu əraziləri azad etmək çağırışları  tamamilə absurddur, belə sözlərə vaxt itirməyin mənası yoxdur", - deyə Çepa bildirib. O, bu sözləri ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hodcesin yarımadanın Rusiya hərbçilərinin istifadəsinə "yararsız" edilməsi ilə bağlı sözlərinə cavab olaraq deyib. 
Hodces Ukraynanın iyun ayında başlayan və indiyədək ciddi uğur qazanmayan əks-hücumunun məqsədləri kontekstində  Krımın təcrid olunmasındandanışıb . Amerikalı generalın sözlərinə görə, Krım körpüsü dağılarsa, "oyun qaydaları"nı dəyişmək mümkündür. O, həmçinin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri yarımadaya gedən "quru dəhliz"in qarşısını almağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31