İsveçdə Quranın yandırılması polisə 23 min dollara başa gəlib - ÖZƏL

2023-cü ildə İsveç polisi Quranın yandırılması kampaniyası zamanı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əlavə xərc kimi 2,4 milyon kron (22,8 min dollar) ayırıb. Bu barədə Stokholm vilayətinin polisi xəbər verib. 

Söhbət yanvarın 1-dən avqustun 29-dək keçirilən 13 icazəli ictimai aksiyadan gedir.

KİV-in məlumatına görə, bu tədbirlərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakının miqyası onların keçirilmə vaxtı və yerindən, jurnalistlərin aksiyalara diqqətindən, həmçinin onları kimin təşkil etməsindən asılı olaraq müxtəlif olub.

İyunun 28-də Stokholm polisi məscidin yanında Quranın yandırılması ilə nümayişin keçirilməsinə icazə verib .

İsveçin baş naziri Ulf Kristersson qərarın "qanuni, lakin yersiz" olduğunu deyib .

Müsəlmanların Qurban bayramının ilk günündə bir nəfər Qurandan səhifələri cırıb , onlarla ayaqqabılarını silib və yandırıb. Eyni zamanda aksiyanı 200-ə yaxın insan izləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31