Rusiya Hava Hücumundan Müdafiə Qoşunları Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib - ÖZƏL
1 Sentyabr 2023 11:11 Dünya"Kiyev Rusiya obyektlərinə pilotsuz uçan aparatla hücum etməyə cəhd edib, o, Belqorod vilayəti üzərində Rusiya Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən məhv edilib".
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyindən bildirib.
"Bu gün Rusiya qüvvələri Kiyev rejiminin Rusiya obyektlərinə aviasiya tipli pilotsuz uçan aparatla terror aktı törətmək cəhdinin qarşısını alıb. Pilotsuz uçuş aparatı Belqorod vilayəti üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib" - nazirlik, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31