Erməni valideynlər Sərkisyanı döydü

Ermənistanda İkinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri müdafiə nazirinin müavini Arman Sərkisyanı döyüblər.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, valideynlərə may ayının 2-dən etibarən müdafiə naziri Suren Papikyanla görüş vəd edilib:

"Lakin görüş hər dəfə müxtəlif bəhanələrlə təxirə salınıb".

Valideynlərdən biri qeyd edib ki, uzun müzakirələrdən sonra nəhayət onlara nazirlik binasına daxil olmağa imkan yaradılıb:

"İçəri girəndən sonra nazirin gəlməyini gözlədik. O da müavini göndərdi. Xeyli danışdı və bizi qəzəbləndirdi. Övladlarımızın harada olduğunu bilmədiyini söylədi. Nazir müavinin danışıq tərzi bizi özümüzdün çıxardı. Əlbəyaxa dava düşdü".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31