Fransanın Nigerdəki səfiri diplomatik toxunulmazlığını itirir — ÖZƏL

"Fransanın Nigerdəki səfiri Silvain İttenin artıq diplomatik toxunulmazlığı yoxdur".

Olaylar.az xəbər verir ki, bu barədə Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin diplomatik notasında bildirilib.
"Səfirə ölkəni tərk etmək üçün verilən 48 saat 2023-cü il avqustun 28-də başa çatdığı üçün Fransanın diplomatik nümayəndəsi artıq səfirliyin əməkdaşı kimi imtiyazlara və diplomatik toxunulmazlığa malik deyil" - Fransa Xarici İşlər Nazirliyinə göndərilən notada, deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31