Çin Tibet haqqında yalan danışdığına görə ABŞ-dan qisas alacaq - ÖZƏL
31 Avqust 2023 16:09 DünyaÇin Xarici İşlər Nazirliyinin məlumatına görə, Tibet haqqında yalan məlumat yayan ABŞ rəsmilərinə ÇXR cavab sanksiyaları tətbiq edəcək . Olaylar.az xəbər verir ki, bu barədə ölkənin diplomatik missiyasının rəsmi nümayəndəsi Vanq Venbin brifinq zamanı bildirib.
"Çin, qanuna uyğun olaraq, uzun müddətdir Tibetlə bağlı məsələlərdə iştirak edən və bu mövzuda böhtan yayan ABŞ rəsmilərinə qarşı viza məhdudiyyətləri tətbiq edəcək", - deyə Vanq bildirib. O, səlahiyyətliləri faktlara hörmətlə yanaşmağa çağırıb. "Çinin daxili işlərinə qarışmaq üçün bölgə mövzusundan istifadə edərək Tibet haqqında dezinformasiya yaymağı dayandırın ".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31