BMT-ni Afrikada çevrilişləri bilmədən dəstəkləməkdə ittiham etdilər
31 Avqust 2023 15:57 DünyaBirləşmiş Millətlər Təşkilatı (BMT) sülh missiyalarını təşviq etməklə Afrika ölkələrində çevrilişləri bilmədən dəstəkləyib.
Olaylar.az Trend -ə istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) "Foreign Policy" nəşrində dərc olunan materialda deyilir.
Nəşr yazır ki, Nigerdə hakimiyyəti ələ keçirən general Abdurahman Çiani BMT-nin Fil Dişi Sahili Respublikasında, Konqo Demokratik Respublikasında, Sudanda sülhməramlı missiyalarında, eləcə də, müxtəlif regional proqramlarında iştirak edib. Nəticədə, Çiani kimi hərbçilər Afrika ölkələrində hakimiyyəti ələ keçirirlər.
BMT hər il sülhün dəstəklənməsinə 6 milyard dollardan çox vəsait ayırır və bunun böyük bir hissəsi qoşun təminatına və maddi xərclərə sərf olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31