Qazaxıstanda qarayara xəstəliyi aşkarlanıb - ÖZƏL

Qazaxıstanın şimalında qarayara xəstəliyi yayılıb. Məlumata əsasən, 12 nəfər xəstəxanaya yerləşdirilib.

"12 nəfər Əsil rayon xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Həmçinin tibb işçilərinin nəzarətində olan 22 təmasda olan şəxs müəyyən edilib" deyə məlumatda bildirilib.  Klinik təzahürlərə və laboratoriya məlumatlarına əsasən xəstələrə qarayara diaqnozu qoyulub.

Qeyd olunur ki, Akmola rayonunun Uşkarasu kəndi ərazisində karantin elan edilib, kəndin girişinə polis əməkdaşları yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31