Fransada inflyasiya ən yüksək həddə çatıb - ÖZƏL
31 Avqust 2023 15:05 DünyaFransada illik inflyasiya avqustda 4,8%-ə qədər sürətləndi.
Olaylar.az xəbər verir ki, Fransada inflyasiya iyulda 4,3%-dən sonra avqustda 4,8%-ə yüksəlib.
Respublikada bu ilin aprelindən bəri ilk dəfə olaraq inflyasiyanın sürətlənməsi müşahidə olunur. İnflyasiyanın sürətlənməsinin əsas amili enerji qiymətlərinin bahalaşması olub.
Eyni zamanda, ərzaq qiymətlərində artım bir ay əvvəlki 12,7%-dən 11,1%-ə qədər azalıb. Analitiklər bunu Ukrayna taxılının ixracı üzrə sövdələşmənin bağlanmasından sonra tələbatın doyması və taxılın dünya qiymətlərinin aşağı düşməsi ilə əlaqələndirirlər.
Mütəxəssislər hesab edirlər ki, Fransada inflyasiya ilin sonunda səngiyə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31