Yaxın vaxtlarda Rusiya taxılının Türkiyəyə tədarükü başlaya bilər - ÖZƏL

Türkiyədə Rusiya taxılının emalı layihəsinin parametrləri demək olar ki, hazırdır, sürətli çatdırılma isə realdır. Olaylar.az xəbər verir ki, bu sözləri rus mətbuatına danışıqlarda iştirak edən mənbə bildirib.

Onun sözlərinə görə, Ankara bu təşəbbüsü rəsmən dəstəkləyir və onun həyata keçirilməsinə yardım etməyə hazırdır. Qalan detalların Rusiya və Türkiyə XİN rəhbərlərinin görüşü zamanı ən yüksək səviyyədə müzakirə olunması planlaşdırılır.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, nazirlər Rusiya prezidenti Vladimir Putinin Qətərin maliyyə dəstəyi ilə Türkiyəyə güzəştli qiymətə 1 milyon ton rus taxılını tədarük etmək  ideyasının həyata keçirilməsi üçün parametrləri hazırlamaq niyyətindədirlər. Taxılın Türkiyə müəssisələrində emal olunduqdan sonra daha çox ehtiyacı olan ölkələrə göndərilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31