İran İsrailə xəbərdarlıq etdi
31 Avqust 2023 14:01 Dünyaİran İsrailə xəbərdarlıq edib.
Olaylar.az Bakupost.az-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən İsrailin Suriyanın Hələb beynəlxalq hava limanına hücumunu pisləyib və bu addımlara cavab veriləcəyini bildirib.
O, bu barədə Suriyaya iki günlük səfəri zamanı Dəməşqdə keçirilən mətbuat konfransında bildirib.
"İsrailin heç bir cinayət əməli cavabsız qalmayacaq"-deyə, Abdullahiyan qeyd edib.
Xatırladaq ki, İsrail qüvvələri avqustun 28-də Suriyada SEPAH-ın silah anbarına aviazərbələr endirib. Nəticədə Hələb hava limanının fəaliyyəti dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31