Nüvə silahları bu ölkədə YERLƏŞDİRİLƏCƏK

Amerika Alimləri Federasiyası ABŞ-ın nüvə silahlarını Böyük Britaniyaya köçürmək niyyətində olduğuna dair sübutların artdığı haqda məlumat yayımlayıb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin 2024-cü maliyyə ili büdcə layihəsinə diqqət çəkən elm adamları İngiltərənin paytaxtı Londondan təxminən 100 kilometr aralıda yerləşən Kral Hərbi Hava Qüvvələrinin Leykenhit aviabazasında təhlükəsiz anbar yaradılacağını qeyd ediblər.

Deponun yanında Kral Hərbi Hava Qüvvələrinin F-35 pilotları üçün kazarmaların tikilməsi planlaşdırıldığı da bildirilir.

Qeyd edək ki, ABŞ 1952-ci ildən başlayaraq təxminən 50 il ərzində öz nüvə silahlarını İngiltərədə saxlayıb. 2008-ci ildə isə B61 bombalarının köhnəlməsi səbəbindən ərazidən çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31