iPhone 15-in təqdimat tarixi MƏLUM OLDU
30 Avqust 2023 22:15 DünyaYeni iPhone 15 də daxil olmaqla, Apple-dan bir sıra yeni cihazların təqdimatı bu ilin sentyabr ayının ortalarında Kaliforniyanın Kupertino şəhərində keçiriləcək.
Olaylar.az Trend-ə, Apple şirkətinin məhsullarının təqdimatı 12 sentyabr çərşənbə axşamı günü Apple-ın qərargahındakı Stiv Cobs Teatrında baş tutacaq.
Texnologiya nəhəngi iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro, iPhone 15 Pro Max, Apple Watch Series 9 və ikinci nəsil Apple Watch Ultra təqdim edəcək.
Xatırladaq ki, ötən il bu təqdimat sentyabrın 7-də keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31