Mən xeyirin şər üzərində, ağlın axmaqlıq üzərində qələbə çalacağına əminəm - “Qafqaz əsiri” DANIŞDI
30 Avqust 2023 21:27 DünyaMən xeyirin şər üzərində, ağlın axmaqlıq üzərində qələbə çalacağına əminəm.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri SSRİ-nin məşhur aktrisası, "Qafqaz əsiri" filmində Nina obrazı ilə yaddaşlarda qalan Natalya Varley rusiyalı jurnalistlərin Rusiyanın Ukraynada başlatdığı müharibə haqda sualını cavablayarkən deyib.
Aktrisa münaqişədə konkret olaraq hansı ölkənin tərəfində olduğunu açıqlamayıb.
Qeyd edək ki, aktrisa bundan öncə müharibə ilə bağlı hər hansı fikir bildirməmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31