Kuleba Makronla GÖRÜŞDÜ

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kuleba X (Tvitter) hesabında məlumat yayıb.

"Biz gələcək hərbi dəstəyi, "sülh formulası" koalisiyasının genişləndirilməsini, Afrika ölkələri və digər regionlara taxıl ixracımızı müzakirə etdik", - Kuleba qeyd edib.

Qeyd edək ki, D.Kuleba Fransada səfərdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31