Qabonun hazırkı prezidenti ev dustaqlığına buraxılıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Qabon prezidenti Əli ben Bonqo Ondimba ev dustaqlığına buraxılıb. 

Bunu ölkədə hakimiyyəti ələ keçirən hərbçilərin elan etdiyi iddia edilir.

Bundan əvvəl Rusiyanın Qabondakı səfirliyinin üsyandan sonra təhlükəsizlik tədbirlərini gücləndirdiyi və ərzaq ehtiyatı saxladığı bildirilirdi .

Avqustun 30-da səhər saatlarında Qabonda yüksək rütbəli bir qrup zabit ölkənin əsas televiziya kanalı "Qabon 24"də prezident seçkilərinin nəticələrinin ləğvi və hökumət institutlarının buraxılması ilə bağlı bəyanatla çıxış edib . Zabitlər hakimiyyəti öz əllərinə aldıqlarını və Müdafiə Nazirliyini və ölkənin silahlı qüvvələrini təmsil etdiklərini bildiriblər. Bunun fonunda paytaxt Librevildə atışma olduğu barədə xəbərlər yayılıb.

Hərbçilər çevrilişi keçiriləcək ümumi seçkilərə inamın olmaması ilə əlaqələndiriblər. Bu açıqlama ölkənin Mərkəzi Seçki Komissiyasının Qabonun hazırkı prezidenti Əli ben Bonqo Ondimbanın 64 faiz səslə üçüncü müddətə yenidən seçildiyini elan etməsindən sonra verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31