Ruslara Berlində keçirilən ən böyük elektronika sərgisində iştirak etmək qadağan edilib - ÖZƏL

"Rossiyskaya qazeta"nın köşə yazarı Oleq Kapranov Berlində keçiriləcək "IFA 2023" beynəlxalq istehlak elektronikası sərgisinə buraxılmayıb. 

Kapranovun sözlərinə görə, o və həmkarları iyul ayında akkreditasiya təsdiqi və döş nişanı alıblar və avqustun 28-də onlara bu sənədlər yenidən göndərilib. Jurnalistlər iki köçürmə ilə otel bron etməyi, viza üçün müraciət etməyi və aviabilet almağı bacarıblar. Lakin artıq avqustun 29-da təşkilatçılardan  Rusiya mətbuatının sərgini ziyarət edə bilməyəcəyi barədə məktub alıblar.

"Təəssüf ki, biz Rusiyadan olan medianı qəbul etmirik. Yaranmış narahatlığa görə üzr istəyirik və sizi gələcəkdə İFA-da görməyə səbirsizlənirik", - deyə məktubda qeyd edilib. 

Kapranov qeyd edib ki, o, on ildən artıqdır ki, müxtəlif KİV-lərdən IFA sərgisində iştirak edir və indi bu sərgidə iştirak edə bilmədi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31