Sibirdəki yanğınlar nəticəsində Arktikada temperatur artıb - ÖZƏL
30 Avqust 2023 13:12 DünyaOlaylar.az xəbər verir ki, 2022-ci ilin avqustunda Arktika regionunda qara karbonun maksimal konsentrasiyası 851 ng/m³-ə çatıb ki, bu da fon konsentrasiyalarından 85 dəfə yüksəkdir. Nuna səbəb ötən il Sibirdə keçən il rekord sayda meşə yanğınları olub.
Alimlərmüəyyən ediblər ki, Qərbi Sibirdə, Rusiyanın Avropanın şimal və mərkəzi bölgələrində , eləcə də Şərqi Avropa düzənliyinin çöl bölgələrində və Uralın cənubunda baş verən yanğınlar nəticəsində tüstü emissiyaları iqlim cəhətdən aktiv aerozol komponentinin tərkibinə ən böyük töhfə verib.
Biokütlənin yanması zamanı tərkibi təbii yanğınların təbiətindən asılı olan aerozollar əmələ gəlir. Qara karbon güclü yanma zamanı əmələ gəlir və bitki örtüyünün yanması zamanı müxtəlif üzvi karbon birləşmələri yaranır.
Alimlər qeyd ediblər ki, Arktika regionu həm insan fəaliyyəti, həm də meşə yanğınları nəticəsində böyük miqyaslı karbon emissiyalarına xüsusilə həssasdır. Qara karbon günəş radiasiyasını yaxşı mənimsəyir və Arktika iqliminin istiləşməsinə kömək edir. 1980-ci illərin əvvəllərindən bu elementin konsentrasiyasının artması Arktikada səth temperaturunun demək olar ki, 0,3 °C artmasına səbəb olmuşdur.