Aİ Qabonda dövlət çevrilişi ilə bağlı xəbərlərə münasibət bildirib - ÖZƏL
30 Avqust 2023 11:50 DünyaAİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Brüssel hələ Qabonda hərbi çevrilişlə bağlı xəbərlərin təsdiqini almayıb .
Borrelin sözlərinə görə, bu məlumat təsdiqlənərsə, bu məsələ avqustun 31-də Aİ xarici işlər nazirlərinin Toledoda keçiriləcək qeyri-rəsmi görüşündə müzakirə olunacaq.
"Hər şey təsdiqlənərsə, bu, bütün regionda qeyri-sabitliyi artıran növbəti hərbi çevrilişdir", - deyə Borrell bildirib.
Avqustun 30-da səhər saatlarında Qabonda yüksək rütbəli bir qrup zabit ölkənin əsas televiziya kanalı "Qabon 24"də prezident seçkilərinin nəticələrinin ləğvi və hökumət institutlarının buraxılması ilə bağlı bəyanatla çıxış edib . Zabitlər hakimiyyəti öz əllərinə aldıqlarını və Müdafiə Nazirliyini və ölkənin silahlı qüvvələrini təmsil etdiklərini bildiriblər. Bunun fonunda paytaxt Librevildə atışma olduğu barədə xəbərlər yayılıb.