Paris meri sərhədimizdə: qarayaxma davam edir - FOTO

Fransanın Qarabağdakı ermənilərə göndərdiyi "humanitar yardım" TIR-larını müşayiət edən Paris meri Ann İdalqonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan sərhədinə gəlib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistan mətbuatı məlumat yayıb.

İdalqo özünün X səhifəsindəki Prezident Makronun ölkəmiz barəsində başladığı qarayaxma kampaniyasına davam etdirib.

"Mən Parisin və digər icmaların rəsmiləri ilə Ermənistandayam. Doqquz ay ərzində 120 min "artsax ermənisi", o cümlədən 30 min uşaq təcrid edildi, ac qaldı, hər şeydən məhrum olundu. Bu humanitar fəlakətlə üzləşdiyimiz üçün biz onlara təcili yardım göstəririk. Vaxt tükənir", - Paris meri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31