"Hər kəs bu məsələni bizdən yox, cənab Priqojindən soruşmalıdır"
29 Avqust 2023 21:25 DünyaUkrayna Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara getməyəcək. Kremlin vədlərinə etibar etmək olmaz.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
"Putinlə danışıq çağırışlarına gəldikdə, hər kəs bu məsələni bizdən yox, cənab Priqojindən soruşmalıdır. Onun Putinlə münaqişəsi oldu. O, Putinlə uğurla danışıqlar aparıb münaqişəni dayandırdı və təhlükəsizlik zəmanəti aldı. Ancaq sonra Putin onu öldürdü", - Kuleba bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31