Ai nazirləri Nigerdəki vəziyyətlə bağlı strategiyanı müzakirə edəcəklər - ÖZƏL

Olaylar.az xəbər verir ki, Aİ ölkələrinin nazirləri bu həftə Nigerdəki vəziyyətlə bağlı strategiyanı müzakirə edəcək  və Sahellə bağlı siyasətlərinə yenidən baxacaqlar. 

Sənəddən belə çıxır ki, Avropa İttifaqının xarici xidmətinin rəhbəri Josep Borrell üzv dövlətlərlə Aİ-nin Nigerə yanaşmasını necə uyğunlaşdırmalı olduğunu müzakirə etməyi planlaşdırır.

"Vəziyyətin necə inkişaf etməsindən asılı olaraq, Aİ inkişafa yardım, miqrasiya təhlükəsizliyi və sərhədlərin idarə edilməsi ilə bağlı  mövqeni nəzərdən keçirməyə hazırdır", - deyə nəşr yazır.

Qeyd olunur ki, blok daxilində münasibətlərin pisləşməsinə və regionun bəzi sakinlərinin etibarının azalmasına baxmayaraq, Sahelin həyatında iştirakın davam etdirilməsinin zəruriliyi barədə razılıq var.

Həmçinin, Aİ nazirləri regionda maraqların və məqsədlərin təmin edilməsinin ən yaxşı yollarını, xüsusən təhlükəsizlik və qeyri-qanuni miqrasiyaya nəzarət sahəsində müzakirələr aparacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31