Minsk 2024-cü ildə Rusiyaya ixracı artırmağı planlaşdırır - ÖZƏL

Belarusun iqtisadiyyat naziri Aleksandr Çervyakov bildirib ki, ölkə 2024-cü ildə Rusiyaya ixracı 7% artırmağı planlaşdırır. 

Nazirin sözlərinə görə, bütövlükdə ixracın həcmi 53 milyard dollar səviyyəsində müəyyən edilib.Əsas istiqamət Rusiya bazarına çatdırılmadır. Belarusun bu bazarda payını 26 milyard dollardan çox səviyyədə saxlamaq planlaşdırılır.

Rusiyadan əlavə, həcmi 2,5 milyard dollardan çox olan Çin , həmçinin Yaxın Şərq və Cənub-Şərqi Asiyanı əhatə edən "uzaq qövs" ölkələri əhəmiyyətli ixrac istiqamətləri olaraq qalacaqlar .

Çervyakov əmin edib ki, İqtisadiyyat Nazirliyi ixracın bütün əsas istiqamətlərini və həcmlərini hesablayıb. Onun sözlərinə görə, 2024-cü ildə investisiya artımı 3,9% səviyyəsində proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31