Rusiyada COVID-19-a yoluxma halları artıb - ÖZƏL

Rusiyada COVID-19-a yoluxma  bir həftə ərzində 19,6% artıb. Bunu infeksiyaya nəzarət üzrə federal qərargah bildirib .

Agentliyin məlumatına görə, ölkədə xəstəxanaya yerləşdirilənlərin sayı 3,3% artıb - göstəricidə artım Rusiyanın 30 regionunda qeyd olunub.

Son yeddi gündə 3,104 nəfər sağalıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 12,1% artım deməkdir.

Ümumilikdə, Rusiyada pandemiyanın başlanğıcından indiyədək 22,9 milyon yoluxma halı aşkar edilib, 22 milyon 443 min 780 nəfər sağalıb.

Bir neçə gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatı da dünyada COVID-19-a yoluxma hallarının artdığını bildirib . Təşkilatın məlumatına görə, 2023-cü il iyulun 24-dən avqustun 20-dək əvvəlki 28 günlə müqayisədə 63% artaraq 1,5 milyona yaxın yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb.

İmmunoloq Pavel Volçkovun sözlərinə görə , payızda Rusiyada yeni COVID-19 dalğası yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31