DXR-nin keçmiş rəhbəri Aleksandr Zaxarçenkonun qətlinin təhqiqatı başa çatıb — ÖZƏL
29 Avqust 2023 12:46 Dünya"2018-ci ildə keçmiş DXR rəhbəri Aleksandr Zaxarçenkonun öldürülməsi ilə bağlı istintaq başa çatıb".
Olaylar.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
"Cinayət işinin istintaqı başa çatıb", - deyən mənbə işin Rusiya İstintaq Komitəsinin DXR-nin idarəsində araşdırıldığını bildirib.
Mənbənin sözlərinə görə, bu iş üzrə əsas təqsirləndirilən Aleksandr Poqorelov da daxil olmaqla dörd müttəhim var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31