Polşa xüsusi xidmət orqanları  “bioterrorizm”lə bağlı  araşdırma aparıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşanın kəşfiyyat xidmətləri ölkənin şərqində artan insident fonunda "bioterrorizm" versiyasını yoxlayıb. Bunu kəşfiyyat xidmətlərinin əlaqələndirici nazirinin sözçüsü Stanislav Jarin bildirib. 

Onun sözlərinə görə, ekspertlər Podkarpakye voyevodalığının Rzeşov şəhərində su qəbuledicilərinin qəsdən Legionella pneumophila bakteriyası ilə çirklənməsinə dair sübut tapmayıblar. 

"Biz təxribatı göstərəcək heç nə müəyyən etməmişik", deyə o, vurğulayıb.

Jarin əlavə edib ki, Rzeşovda legionellanın yaranması ilə bağlı araşdırmalar davam etdiriləcək. 

Jarin qeyd edib ki, Rzeşov Ukrayna ilə sərhədin yaxınlığında yerləşir  və bu ölkəyə silah daşınması üçün mühüm mərkəzdir, ona görə də Polşa hakimiyyəti xəstəliklə bağlı vəziyyətlə bağlı "özünü irəli sürən bəzi ssenariləri" istisna etmək istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31