Avropa İttifaqı daxilində Ukraynaya yardım məsələsində fikir ayrılıqları olub - ÖZƏL
29 Avqust 2023 10:56 DünyaAvropa İttifaqı (Aİ) ölkələrində milli büdcələrin müzakirəsi çərçivəsində Ukraynaya maliyyə yardımının göstərilməsi ilə bağlı mübahisələr yaranıb.
Məlumata görə, Brüsselin Kiyevə 4 illik dəstək verərkən Aİ büdcəsinin yükünü azaltmaq üçün ümumi məbləği 86 milyard avro olan əlavə vəsait tələb etməsi birlik ölkələri arasında fikir ayrılığına səbəb olub. Nəticədə, bəziləri xərclərin azaldılmasını və vəsaitlərin təsdiqlənməsi müddətinin uzadılmasını tələb ediblər.
Həmçinin, müzakirə Qərbin Ukraynaya yardımı davam etdirmək niyyətində olduğunu anlamağa kömək edəcək, çünki Avropa və ABŞ Ukraynanın əks-hücumunun uğuruna şübhə edir. Avropalılar təklif ediblər ki, Kiyev üçün son maliyyə paketi dörd il müddətinə olsun. Avqustun 29-da Aİ nazirləri bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirəcəklər.