Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar nə vaxt başa çatacaq? - ÖZƏL

G7 ölkələrinin Ukraynaya ikitərəfli zəmanətləri üzrə sazişlərin bağlanması 2024-cü ildən tez başa çatmayacaq, bu günə qədər yalnız ABŞ və Böyük Britaniya danışıqlara başlayıb. 

Məlumatda qeyd edilir ki,  Fransa da yaxın bir neçə həftə ərzində Kiyevlə ikitərəfli zəmanətlər mövzusunda danışıqların birinci raundunu keçirməyi planlaşdırır . Almaniya yalnız Ukraynaya hansı yardımı göstərə biləcəyi məsələsini nəzərdən keçirir. Digər G7 ölkələrinin ikitərəfli təminatları üzrə danışıqlar planları barədə məlumat verilmir.

Məsələn, Paris Kiyevə növbəti dörd il ərzində silah tədarükünü planlaşdırmağı təklif edib, digər Qərb ölkələrinin bu ideyanı dəstəkləyib-dəstəkləmədiyi barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31