Türkiyə səhəri güclü zəlzələ ilə açdı

Türkiyənin Konya şəhərinin Kulu rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

Olaylar.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 07:58-də (Bakı vaxtı ilə 08:58 - red.) baş verən zəlzələnin ocağı 13,57 kilometr dərinlikdə olub.

Zəlzələ Ankara və ətraf vilayətlərdə hiss edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31