“Vaqner” artıq mövcud olmayacaq”
28 Avqust 2023 23:46 Dünya"Vaqner" özəl hərbi şirkəti qeyri-qanuni silahlı birləşməd idi və Yevgeni Priqojinin ölümündən sonra artıq mövcud olmayacaq".
Olaylar.az sfera-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Viktor Sobolev deyib.
"Vaqner" fəaliyyətini dayandıracaq. Döyüşçülər mülki şəxs kimi həyatlarına davam edə və ya Müdafiə Nazirliyi ilə müqavilə bağlaya bilərlər. Bu, qeyri-qanuni silahlı birləşmədir. Hansısa dövlətə tabe olmayan silahlı adamlar dövlətdə olmamalıdır. Nəticədə bu üsyana gətirib çıxardı. Biz vətəndaş müharibəsinin astanasında idik", - deyə Sobolev bildirib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi ilə yalnız üsyanda iştirak etməyən muzdlular müqavilə bağlaya bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31