Zelenski Baş Qərargahın növbəti iclasını keçirdi
28 Avqust 2023 21:19 DünyaUkrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargahının növbəti iclasını keçirib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, iclasda cəbhədəki vəziyyət və Ukrayna Hərbi Hava Qüvvələrinin yeni təyyarələrə keçidi müzakirə edilib.
İclas iştirakçıları hücum əməliyyatları, cəbhənin silah və digər lazımi avadanlıqlarla təmin olunması ilə bağlı məsələlərə maksimum diqqət yetiriblər.
İclasda müzakirə olunan mövzulardan biri də Ukrayna qoşunlarının perspektivli təyyarə növlərinə keçid proqramının hazırlanması olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31