Ukrayna kəşfiyyatı Surovikinlə bağlı MƏLUMAT YAYDI

Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı, general Sergey Surovikin Rusiya ərazisindədir, o, səlahiyyətlərindən qismən məhrum edilib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin spikeri Andrey Yusov deyib.

O bildirib ki, Rusiyada "Vaqner"in təsisçisi Yevgeni Priqojinin uğursuz üsyanından sonra "qurbağalar gürzələrlə yarışır" və Surovikin faktiki olaraq səlahiyyətlərindən məhrum edilib:

"Onun gələcək taleyinə gəlincə, bu barədə hələ qərar verilməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31