Rusiya qüvvələri Ukraynanın itirilmiş mövqelərini geri qaytarmaq cəhdlərindən yayınır - ÖZƏL
18 İyul 2023 15:20 Dünya"Rusiyanın Döyüş Qrupu Mərkəzi Ukrayna hərbçilərinin Serebryanski meşə təsərrüfatı ərazisində itirilmiş mövqelərini geri almaq üçün beş cəhdini dəf edib, düşmən itki verib geri çəkilib".
Olaylar.az xəbər verir ki, bunu döyüş qrupları mərkəzinin sözçüsü Aleksandr Savçuk bildirib.
"Sererbryanski meşə təsərrüfatının yaxınlığında Ukraynanın 42-ci mexanikləşdirilmiş briqadasının texnika ilə dəstəklənən bölmələri itirilmiş mövqeləri geri almaq üçün 5 dəfə cəhd edib. Artilleriya və ordu aviasiyasının zərbələri nəticəsində düşmən canlı qüvvə və texnika itkisi verərək geri çəkilib", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31