Ukrayna limanlarını sonuncu quru yük gəmisi tərk etdi

Türkiyənin "TQ Samsun" quru yük gəmisi Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Ukrayna limanlarını tərk edən sonuncu gəmi olub.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, quru yük gəmisi 38,8 min ton kənd təsərrüfatı məhsulları daşıyır.

"TQ Samsun" Qara dənizdəki taxıl dəhlizindən keçərək İstanbula çatıb. Gəmi daha sonra Niderlanda yola düşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31