London rusiyalı nazirlərə sanksiya TƏTBİQ ETDİ
17 İyul 2023 19:28 DünyaBöyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Təhsil naziri Sergey Kravtsov, mədəniyyət naziri Olqa Lyubimova, Kamçatka və Adıgey qubernatorları, jurnalist Anton Krasovski və bir neçə başqa məmur siyahıya əlavə olunub. Krımda yerləşən "Artek" uşaq mərkəzi də sanksiyalara məruz qalıb", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31