"Taxıl təşəbbüsünü sona çatdırma addımını şiddətlə qınayıram"

Rusiyanın BMT və Türkiyənin səylərinə baxmayaraq, taxıl təşəbbüsünü sona çatdırma addımını şiddətlə qınayıram.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

Leyen AB-nin dünyada çətin vəziyyətə düşənlər üçün ərzaq təhlükəsizliyini təmin etməyə çalışdığını və ərzaq məhsullarının AB-nin əvvəllər qurduğu quru əlaqələri vasitəsilə Ukraynadan daşınmasının davam etdiriləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31