Rusiya taxıl sazişinin bərpası üçün şərtini AÇIQLADI

Rusiya vədlər və təminatlar deyil, yalnız konkret nəticələr əldə edildikdən sonra sazişin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Əgər Qərb Qara dəniz təşəbbüsünü qiymətləndirirsə, o zaman öhdəliklərini yerinə yetirmək və Rusiya gübrələrini və ərzaqlarını sanksiyalar siyahısından çıxarmaq barədə düşünməlidir", - məlumatda qeyd edilib.

Xatırladaq ki, Rusiya bu gün başa çatan Qara dəniz taxıl sazişini uzatmaqdan imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31