Suriyada terrorçular olduqca bölgədə anti-terror əməliyyatları davam etdiriləcək - Ərdoğan
17 İyul 2023 15:22 DünyaSuriyanın şimalında terrorçular olduqca Türkiyə bölgədə anti-terror əməliyyatlarını davam etdirəcək.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri öncəsi Atatürk Hava Limanında açıqlaması zamanı deyib.
"Türkiyə Suriya ilə münasibətlərin normallaşması proseslərinə hər zaman hazırdır. Bu baxımdan, dördlü sammitlər keçirilməlidir. Lakin Bəşər Əsəd Türkiyənin Suriyanın şimalını tərk etməsini istəyir. Belə bir şey ola bilməz", - deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyə-Suriya münasibətlərinin müzakirəsi üçün axırıncı görüş Qazaxıstanın Astana şəhərində iyunun 21-də keçirilib.
Dördlü sammitdə Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirləri müavinləri iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31