İki ailə arasında MÜNAQİŞƏNİN SONU: ölən və yaralananlar var
17 İyul 2023 10:20 DünyaTürkiyənin Van vilayətinin Erciş rayonunda iki ailənin üzvləri arasında kütləvi dava zamanı 1 nəfər ölüb.
Trend xəbər verir ki, bir müddətdir düşmənçilik aparan iki ailə arasında silahlı dava zamanı daha 11 nəfər müxtəlif xəsarətlər alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və polislər cəlb edilib.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31